Problemi həll etmək...

İki nişanlı son günlərini sayırdılar.Bir ay sonra nikah mərasimləri olacaqdı.Hər ikisi yeni quracaqları bu ailənin bünövrəsini necə “möhkəmləndirəcəklərini” düşünürdülər.Gördükləri,tanıqları ailələrdə baş verən problemləri bir-bir nəzərdən keçirməyə başladılar:


Ardı →

Qaçış

Həyat yoldaşım səfərə çıxmalı idi.Mən onu yola salmaq üçün hazırlıq görür,o da səfərqabağı yır-yığış edirdi.Dörd yaşlı oğlumuz isə öz işində idi.Elə hey əl-ayağımıza dolaşır,dəcəlliyindən qalmırdı.Öyüd-nəsihətlərmiz də bir nəticə vermirdi.Nəhayət,həyat yoldaşım dözə bilmədi və ona küncdə dayanmağı tapşırdı.Səssizcə gedib küncdə dayandı.Üz-gözünü turşutmuşdu.Bir azdan oğlum arxaya çevrilib acıqlı bir səslə: “Evdən qaçacağam”-dedi.


Ardı →

Tərbiyədə inam həlledici faktordu

Bir ana daim öz uşağından şikayətlənirdi. Ona dedim:«Uşağınla dil tapmağa çalış. O, sənin düşündüyün kimi pis uşaq deyil». Ana isə inadla mənə sübut etməyə çalışırdı ki:" Sən bilmirsən, bu sən deyən uşaqlardan deyil, dözmək olmur. Bilmirəm nə edim, başa salmaqdan ölürəm, eşitmir, bəlkə onun beyni inkişafdan qalıb? Vay, mən neyləyərəm?"- deyə özünü bir az da qorxutmağa başladı. Dedim ki: " Sən bir də de, yumşaq de, nəsə edəndə, danlamamışdan əvvəl soruş niyə eləyib, desin səbəbini, sən də bil neyləyirsən" O da cavabında: " Demək asandı, uşaq tərbiyəsi çox çətin məsələdi". 
Ardı →

Uşaq tərbiyəsində üç mövqe

və ya uşağa «yox» sözünü necə söyləməli
Uşaq tərbiyəsində valideyn üç mövqedən çıxış edir. Bunlar aşağıdakılardır:
1. Passiv mövqe
2. Aqressiv mövqe
3. Qətiyyətli mövqe
Bir çox valideynlər övladlarına passiv mövqedən yanaşmağa vərdiş ediblər… Bu hər bir münasibətdə özünü göstərir. Onlar belə deyirlər: " Mənim balam, sən nənəngilə getməyə hazırsan?". Belə vəziyyətlərdə adətən uşaqlar valideynin sözünə ya reaksiya vermirlər, ya da «yox» — deyə cavab verirlər. Beləliklə, uşaq oynamağa davam edir. Çünki təbii olaraq düşünür ki, o hazır deyil.
Davamı →

Uşağınızla dost olun

Bəzi  uşaqlar valideyndən həddən  artıq asılı olurlar. Tez- tez analar şikayət edir ki: " Bu uşaq məndən bir dəqiqə də olsun uzaq durmur. Əlindən dincliyim yoxdu. Yemək bişirə bilmirəm, evlə məşğul olmağa qoymur. Tutur paltarımdan ağlayır. Qorxuram ki, anauşağı olsun". Belə  uşaqlar valideynə qala kimi baxırlar, Düşünürlər ki, anası ya atası onların təhlükəsizliyini təmin edəcək. 


Ardı →

Mağazada

Bir gün avtobusla gedirdim. Yol boyu özümlə fikrimdə mübarizə aparırdım. Hardansa beynimə düşmüşdü ki, mən bu saat yaxınlıqdakı mağazaya girməli və şokolad almalıyam. Lakin almaq da istəmirdim. Ona görə ki, avtobusdan düşsəm, şokoladı almalı və digər avtobusu gözləyəsi olsam xeyli vaxt geçəcək və tələsdiyim yerə gecikəcəm. Nə isə, qərara gəldim, avtobusu yaxınlıqdakı dayanacaqların birində saxlatdırdım, düşdüm və mağazaya tərəf istiqamətləndim. Güclü külək əsməsinə baxmayaraq şokolad istəyim sönmək bilmirdi. 


Ardı →

Ananın peşmanlığı

Ana bütün günü dəcəl oğlundan şikayətlənərdi: " Bu uşaq deyil, bəladı. Nə günah sahibiyəm, belə uşaq doğmuşam". Təzəcə sözünü bitirmişdi ki, səs- küy eşitdi. «Allah bilir nə hoqqa çıxartdı yenə» — deyə fikirləşərək tez mətbəxə cumdu. Gördü oğlu mərci ilə düyünü bir — birinə qatıb, özü də oturub üstündə. Bİr azdan uşaq əlinə çəkic alaraq mebelə vurmağa başladı.Ana :
-Ay bala, məni öldürməkmi istəyirsən, adamı nə qədər hirsləndirmək olar? Mebeli qırdın.
— Mebeli düzəldirəm, ana, sınıb.

Ana çəkici təzəcə yerinə qoymuşdu ki, uşaq yan otağa keçib, stulu tərsinə çevirib, sürüməyə başladı.
— Stulu qoy yerinə, əlimə keçsən səni pis döyəcəm!
— Maşın sürürəm, sən də qoymursan,, elə bil polisdi.


Ardı →

Demək, etmək, göstərmək.

Əminəm ki, bir çox valideynləri belə bir sual düşündürür: «Mən necə edim ki, uşaq mənim sözümə qulaq assın?» ( Məs: uşağa «evə gəl » deyəndə o saat gəlsin və s) və ya " Filan işi ona necə gördürüm ( Məs: Oyuncaqlarını oynadıqdan sonra yığışdırsın və s). Bəzi valideynlər uşaq onların dediyini etmirsə, kötəkləmək variantına əl atırlar. Bir növ məcbur etmək istəyirlər ki, uşaq onların sözündən çıxmasın. Çox vaxt bu öz səmərəsini vermir. Bəs necə etmək olar ki, uşaq valideynin sözündən çıxmasın? 


Ardı →